Oktyabrın 16-28-i arasında Polşanın Vrotslav şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Dünya Çempionatı başa çatdı. Yüksək səviyyədə keçirilən bu turnirdə Azərbaycan milli komandasının üzvləri də fərqləndilər. Firudin Quliyev bürünc, Kristina Yovu gümüş medal qazandı, Valentin Xristov isə 4-cü yeri tutdu.
Artıq dünya çempionatının yekun nəticələri də açıqlanıb. Məlum olub ki, qadınların medal sıralamasında Azərbaycan komandası üç kiçik medalla 5-ci yeri tutub. Birinci pillədə 19 medalla çinlilər (12 qızıl, 2 gümüş və 5 bürünc), ikinci pillədə isə 14 medalla ruslar (7 qızıl, 4 gümüş və 3 bürünc) qərarlaşıblar. Tayvan 3 medalla (2-1-0) 3-cü yeri tutub.
53 kq çəki dərəcəsindən mübarizə aparmış Kristina Yovu həm də şəxsi sıralamada yüksək pillədə qərarlaşıb. 21 yaşlı atletimiz Sinkleyr cədvəli üzrə 334,73 xal yığmaqla dünyanın 7-ci ən yaxşı qadın atleti adını qazanıb.