Bakı İdman Sarayında gənc cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə yekun vurulub. İki gün davam edən yarışda paytaxt və bölgələrdən 45 komandanın tərkibində 312 cüdoçu qüvvəsini sınayıb.
Respublika birinciliyində qızların yarışında “İsmayıllı-Zirvə” nümayəndəsi Mehdiyeva Zəhra da tatami üzərinə çıxıb. 57 kq çəki dərəcəsində mübarizə aparan gənc cüdoçumuz bürünc medal qazanaraq fəxri kürsüyə qalxa bilib. Təcrübəli mütəxəssis Əkbər Şəfəqətovun tələbəsi olan Zəhra yalnız yarımfinal göörüşündə məğlub olub. Əvəzində 3-cü yer görüşündə rəqibini üstələyərək uğurlu çıxışla bizləri sevindirib.
Zəhranı təbrik edir, qələbələrinin davamının gəlməsini arzulayırıq.