2-8 sentyabr 2016-cı il tarixlərində İordaniyanın paytaxtı Amman şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının 4-cü ağır atletika çempionatı keçiriləcək. Yarışda Azərbaycan ağır atletika yığmasının üzvləri ilə yanaşı, “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də yarışırlar. Sevindiricidir ki, 69 kq çəki dərəcəsində azərbaycanlı Anastasiya İbrahimli ilə yanaşı, türkiyəli Zeynep Atakan da fəxri kürsüyə qalxa bilib.
“Ankara-Zirvə” atleti birdən qaldırma hərəkətində 77 kq, təkanla qaldırmada isə 108 kq-ın öhdəsindən gələ bilib. Toplam 185 kq (77+108) nəticə göstərən Atakan, bu çəkinin yekun sıralamasında 3-cü yerə çıxıb. Bir çəkidə iki “Zirvə” atletini örmək bizləri çox sevindirir
Zeynep Atakan, onun məşqçiləri, həmçinin bu uğurunda rolu olan hər kəsi təbrik edir, gələcək qələbələrinə şahidlik etməyimizi arzulayırıq!
Başarılar, Zeynep!