Zeynep Atakan dünya çempionatında çıxış etdi

00000000000778n7

6-13 iyun 2015-ci il tarixlərində Polşanın Vrotslav şəhərində ağır atletika üzrə gənclər arasında dünya çempionatı keçirilir. Şəhərin “ORBITA Hall” İdman Kompleksində baş tutacaq turnirdə 50-yə yaxın ölkədən 282 atletin (123 qadın və 159 kişi) iştirakı gözlənilir.
Bu yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun iki üzvü də körpücük üzərinə çıxacaq. Bu gün onlardan biri – Zeynep Atakan körpücük üzərinə çıxıb.
Qadınların mübarizəsində – 69 kq çəki dərəcəsində yarışan “Ankara-Zirvə” atleti birdən qaldırma hərəkətində 82, təkanla qaldırmada isə 106 kq nəticə götərib. Toplamda 188 kq-la Zeynep dünya çempionatında 8-ci yeri tutub.

zata

SHARE
Şərh yaz