İsrailin Eylat şəhərində keçiriləcək yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatı davam edir. Dekabrın 2-10-u tarixlərində olacaq yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edir. Bu gün onlaran biri – Zeynep Atakan yaşı 20-yə qədər olan qadınlar arasında 69 kq çəki dərəcəsində körpücük üzərinə çıxıb.
“Ankara Tuzgölü-Zirvə” atleti birdən qaldırma hərəkətində 78 kq-ı ram edərək yalnız 10-cu ola bilib. Ancaq atletimizi ruhdan düşməyib və əzmkarlıq nümayiş etdirərək Avropa arenasında fərqlənə bilib.
Atakan təkanla qaldırma hərəkətində 113 kq-ı başı üzərinə qaldırıb və bu nəticə ilə bu hərəkətdə Avropa çempionatının bürünc medalına sahib çıxa bilib.
Toplam 191 kq (78+113) nəticə göstərərək ümumi sıralamada 8-ci olsa da, onun hər medalı bizim üçün əzizdir. Zeynepi və onun məşqçilərini bu uğurlu çıxış və fəxri kürsünün 3-cü pilləsinə yüksəlməsi münasibətilə təbrik edir, ona gələcək bütün yarışlarda belə mübarizlik göstərməsi və qələbələr qazanmasını arzulayırıq.