AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol birinciliklərində pley-off mərhələsi start götürüb. Bu mərhələdə iştirak edən “Zirvə”nin hər üç klubu uğurla çıxış edib.
Martın 12-13-də Cəlilabad Olimpiya Kompleksininin meydançasında 10, 12 və 13 yaşlı futbolçularımız oyuna çıxıblar. U-13 Liqasında “Zirvəçilər” Biləsuvardan olan UGİM komandasına 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələdə yarışmaq imkanı qazanıblar.
U-12 komandamız möhtəşəm oynayıb. Futbolçularımı eyni yaşda olan biləsuvarlı həmkarlarının qapısından 7 cavabsız top keçiriərək üstünlüklərinə şübhə yeri qoymayıblar.
Ən gənc, 10 yaşlı oyunçularımız isə Salyanın “Muğan” komandası ilə üz-üzə gəliblər. Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə bitdiyindən, oyunsonrası penaltilər təyin edilib. Bu cərimə zərbələrini daha dəqiq yerinə yetirən “Zirvəçilər” 4:3 hesabı ilə qalib gəliblər.
Hər 3 komandamızın qələbə qazanması böyük sevincimizə səbəb olub. İnşallah, pley-offoun son mərhələsində də qalib gələrək Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıb sevincimizə sevinc qatarlar. Ancaq bu baş verməsə belə, üzülməyəcəyik. Çünki elə bu səviyyəyə gəlmək belə böyük əzmkarlıq tələb edirdi.
Uğurlar!