“Zirvə-Astara” 3-cü qələbəsini qazandı və liderliyini qorudu!

Basketbol üzrə Azərbaycan Superliqasının 3-cü turunun oyunları keçirilib. İlk qarşılaşmada komandamız “Zirvə-Astara” güclü “Sərkərdə” ilə üz-üzə gəlib.
Oyun bərabər səviyyədə keçib və azarkeşlər maraqlı mübarizəyə şahidlik ediblər. Matçın 2-ci yarısından sonra “Zirvə” tədricən təşəbbüsü ələ alıb. Möhtəşəm oyun nümayiş etdirən Çarlz İton və Endər Poladxanlının topladığı xallar həlledici olub. Təsadüfi deyil ki, komandanın 89 xalından 62-ni məhz bu cütlük aktivinə yazdırıb. Çarlz 31, Endər 30 xalla fərqlənib. Nəticədə oynayan-məşqçi Zaur Paşayevin də rəhbərliyi altında rəqibimizi 89:77 hesabı ilə yenərək turnir cədvəlinin zirvəsindəki yerimizi qoruduq.
Bir gün sonra “Xırdalan” Superliqada ilk qəbələsini bayram etdi. Samit Nuruzadənin komandası güclü “Gəncə”ni 82:60 hesabı ilə yenərək tərəfdarlarını sevindirdi.
Digər iki oyunda “Atom” “Sıçrayış”ı 100:60, daha bir lider “Atletik” isə “80-lər”i 87:64 məğlub etməyi bacardı.

Üç turdan sonra turnir cədvəlinə başçılığı maksimum nəticə ilə “Zirvə-Astara” və “Atletik” edirlər.

Komandalar Oyun Qələbə Məğlubiyyət T/F Xallar
“Zirvə-Astara” BK 3 3 0 +56 6
“Atletik” BK 3 3 0 +50 6
“Atom” BK 3 2 1 +43 5
“Xırdalan” 3 1 2 +8 4
“Sərkərdə” BK 3 1 2 -16 4
“Gəncə” BK 3 1 2 -34 4
“Sıçrayış” BNK 3 1 2 -54 4
“80-lər” 3 0 3 -53 3

 

 

SHARE
Şərh yaz