“Zirvə Astara” 5 oyundan 5 qələbə ilə liderliyini davam etdirir

Basketbol üzrə Azərbaycan superliqasının 5-ci turunun oyunları keçirilib. Gözlənildiyi kimi, “Zirvə Astara” növbəti qələbəsini qazanaraq liderliyini qoruyub. Komandamız bu dəfə “Sıçrayış”ı məğlub edib – 123:64. Digər görüşlərdə aşağdakı nəticələr qeydə alınıb:

“Sərkərdə” BK – “Xırdalan” – 70:62
“Atletik” BK – “Gəncə” BK – 79:91
“80-lər” – “Atom” BK – 65:77

SHARE
Şərh yaz