“Zirvə Astara” zirvə yürüşünü davam etdirir

 

Azərbaycan basketbol Superliqasında 9-cu turun oyunları keçirilib. “Zirvə Astara” “80-lər” komandası ilə qarşılaşıb və gözlənildiyi kimi inamlı qələbə qazanıb. Zaur Paşayevin rəhbərlik etdiyi komandamız 114:85 hesabı ilə üstünlük əldə edərək turnir cədvəlinin birinci pilləsindəki yerini qoruyub.
Digər oyunlardan ilkini fərqləndirmək olar. Belə ki, “Xırdalan” BK-nın gənc basketbolçuları güclü “Atom”a layiqli müqavimət göstərə bildilər. Amma 1-ci hissədə 10 xallıq geriləmə (8:18) Samit Nuruzadənin taktiki planını pozdu. Qalan 3 hissədə “Xırdalan” BK xal fərqini azalda bilməyərək 63:72 (8-18,25-19,16-20,14-15) hesabı ilə təcrübəli rəqibə məğlub oldu. Digər iki görüş belə başa çatıb:
“Atletik” BK – “Sıçrayış” BK – 90:50
“Sərkərdə” BK – “Gəncə” BK – 83:106

SHARE
Şərh yaz