“Zirvə” atleti fəxri kürsüyə qalxaraq Azərbaycanı Avropa liderliyinə yüksəltdi!

 

10403163_373947299439703_7876091459882389082_n

Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak edir.

Bu gün Azərbaycan yığmasının və “Zirvə” Beynəlxalq İdman Klubunun bir üzvü – Anastasiya İbrahimli körpücük üzərinə çıxıb. Qadın atletimiz uğurla çıxış edərək fəxri kürsüyə qalxıb.
Anastasiya birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 6-cı oldu. Təkanla qaldırma hərəkətində isə daha yaxşı edən İbrahimli 130 kq ilə 3-cü yeri tutdu.
“Abşeron-Zirvə” atleti toplamda 233 kq (103+130) nəticə ilə yekun sıralamada 3-cü yeri tutaraq fəxri kürsüdə öz layiqli yerini tutdu.

Bu uğur münasibətilə həm onun özünü, həm də məşqçi Hafiz Süleymanovu, eyni zamanda bütün klubumuzu təbrik edirik!

Əlavə edək ki, Anastasiyanın öz aktivinə yazdığı 2 – təkanla qaldırma və toplamda – medal Azərbaycan yığmasının ümumi medal sayını 9-a yüksəltdi. Bu isə Avropa çempionatında çıxış edən bütün ölkələrdən daha çoxdur. Azərbaycan yığması 3 böyük – Valentin Xristov və Boyanka Kostova qızıl, Anastasiya İbrahimli bürünc, 9 kiçik – Xristov və Kostova 3, Əfqan Bayramov 1, Anastasiya İbrahimli 2 – əldə edib.

nastya ibra

SHARE
Şərh yaz