Xorvatiyanın Split şəhərində ağır atletika üzrə Avropa çempionatı keçirilir. 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) iştirak etdiyi yarışda “Zirvə” İnternational Sport Clubs-ın xarici filiallarının nümayəndələri də körpücük üzərinə çıxırlar.
Kişilərdə 69 kq çəki dərəcəsində “Kişinyov-Zirvə” təmsilçisi Sergey Çekir çıxış edib. O, 303 kq (140+163) nəticə ilə ümumi sıralamada 8-ci yeri tutub.
Qadınlarda isə 63 kq çəki dərəcəsində “Beer-Şeva-Zirvə” təmsilçisi Marina Ohman mübarizə aparıb. O, toplam 183 kq (85+98) nəticələ ilə yekunda 12-ci olub.