“Zirvə” Azərbaycan çempionatında zirvədə!

9-10 aprel tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet qüvvəsini sınayıb. Çempionat gərgin mübarizə, maraqlı görüntülər, idman bayramı ab-havasında keçməsi ilə yadda qalıb.

 

Çempionatın təşkilində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafına dəstək verilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, texniki cəhətdən hazırlıqlı və dərəcə normalarını yerinə yetirən idmançıların seçilməsi, kişilərdən və qadınlardan ibarət milli yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlara hazırlanmasıdır.

 

İki illik fasilədən sonra təşkil olunan ilk Respublika turnirində “Zirvə” atletləri də çıxış edib və həmişə olduğu kimi böyük uğurla yadda qalıblar. Təmsilçilərimiz çempionatda bütün klubların nümayəndələri arxada qoymağı bacarıblar.

 

“Zirvəçilər” 6 qızıl, 2 gümüş və 6 bürünc medalla möhtəşəm çıxış nümayiuş etdiriblər. Bu nəticə ilə “Zirvə” yenidən Azərbaycan ağır atletikasının zirvəsində olduğunu sübut edib.

 

İdmançı və məşqçilərimiz, həmçinin bütün klub üzvlərimizi təbrik edir, səsimizin həmişə zirvələrdən gəlməsini arzulayırıq!

 

 

Yer Adı İl Şəhər Klub Çəki Birdən Təkanla Toplam
1. Tehran Məmmədov 2001 Qobustan Zirvə 60.8 115 135 250
1. İsa Rüstəmov 1999 Goranboy Zirvə 66.00 125 145 270
1. Paşa İbrahimli 1995 Lənkəran Zirvə 72.7 135 162 297
1. Elşad Şərifov 1997 Şamaxı Zirvə 79.40 131 166 297
1. Kamran İsmayılov 1993 Sumqayıt Zirvə 86.3 133 159 292
1. Rəhman Kazımov 2001 Xırdalan Zirvə 114.2 133 175 308
2. Kənan Əliquliyev 1998 Lənkəran Zirvə 79.80 135 160 295
2. Ceyhun Tağızadə 1995 Lənkəran Zirvə 85.7 131 159 290
3. Elnarə Abbasova 1997 Qazax Zirvə 71.10 75 100 175
3. Ramiz Kazımov 2006 Neftçala Zirvə 54.60 80 85 165
3. Rəhim Kazımov 2004 Xırdalan Zirvə 65.90 100 123 223
3. Ömər Cavadov 2007 Xırdalan Zirvə 72.4 130 155 285
3. Fuqan Əliyev 2001 Lerik Zirvə 74.00 120 147 267
3. Səxavət Babayev 1997 Şamaxı Zirvə 83.1 90 122 212

 

 

 

SHARE
Şərh yaz