“Zirvə” beynəlxalq turnirdə komanda hesabında ikinci yeri tutdu

Şəmkirdə Dünya Azərbaycanlılarının Həmrəylik gününə həsr edilmiş kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.
Azərbaycan Cüdo Federasiyası, Şəmkir şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda “Zirvə” cüdoçuları da iştirak edib. Onlardan Emin Həsənov 34 kq çəki dərəcəsində gümüş, Alpər Məmmədgil 38 kq çəki dərəcəsində gümüş, Murad Əliyev isə eyni çəkidə qızıl medal qazanıb.
32 komandadan 347 cüdoçunun qatıldığı çempionatda ümumi medal sayında UGİM 1 komandası birinci, “Zirvə” ikinci, “Atilla” klubu isə üçüncü olub.
İki gün davam edən beynəlxalq turnirdə Bakı, Ağcabədi, Ağdam, Bərdə, Qəbələ, Göygöl, İsmayıllı, Mingəçevir, Naftalan, Salyan, Samux, Sumqayıt, Tovuz, Zaqatala, Şəmkir ilə yanaşı Gürcüstanın Tbilisi, Kutaisi şəhərləri və Türkiyə, Latviyanın yeniyetmə cüdoçuları da mübarizə aparıblar.
Uğur qazanan cüdoçularımızı və onların məşqçilərini təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

SHARE
Şərh yaz