Bir müddətdir ki, “Zirvə” Beynəlxalq İdman Klubunun nəzdində kyokuşin karate idman növü üzrə bölmə fəaliyyət göstərir. Bu bölməyə müraciət edən yeniyetmələrin sayı isə hər gün artmaqdadır. Artıq bu idman növü üzrə məşğul olan “Zirvə”çilər turnirlərə də qatılırlar. 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunan açıq çempionatda “Zirvə”nin 8 karateçisi də iştirak edib, onlardan 5-i bürünc, 3-ü isə qızıl medal qazanıb.
II Dan Qara Kəmər sahibi, beynəlxalq dərəcəli hakim Mehman Əbiyevin sözlərinə görə, qarşıda “Zirvə”nin idmançılarını daha bir neçə turnir də gözləyir.
Oyama Kyokuşin Karate Təşkilatının direktoru, VI Dan Qara Kəmər Sahibi Hamlet Əlili karateçilərə yaratdığı şəraitə görə, “Zirvə” BİK-nun rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Bildirək ki, kyokuşin karate idman növü üzrə məşqlər həftənin 2,4 və 6–cı günləri saat 19:00-da başlayır.
Əlaqə üçün telefon: 050 632 58 85