
12-18 fevral tarixlərində gənc boksçular arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb. Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 35 komandanın qatıldığı yarışda 150-yə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. 5 gün davam edən birincilikdə 10 çəki dərəcəsində çempion və medalçılar bəlli olub.
Sevindirici məqam odur ki, iştirakçılar arasında “Zirvə” boksçuları da olub. Onlar məşqçilər Cəbrayıl Məmmədov və Nurlan Məmmədovun rəhbərliyi altında rinqə çıxıblar. Eldəniz Baxışov 56 kq, Sadiq Bağırzadə isə 69 kq çəki dərəcəsində mübarizə aparıb.
49 kq çəki dərəcəsində yarışan Nemət Novruzov uğurlu çıxışla yadda qalıb. O, bu çəkidə bürünc medal qazanaraq fəxri kürsüyə qalxmağı bacarıb.
Boksçumuzu təbrik edir, ona qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!


