Dekabrın 6-9-u tarixlərində kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan kuboku keçirilib. Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən “Xilasedici” İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda respublikanın şəhər və rayonlarından 54 komandanın tərkibində 343 idmançının (282 kişi, 61 qadın) qalib adı uğrunda mübarizə aparıb.
Yarışda “Zirvə” cüdoçuları da iştirak ediblər. Həmişə olduğu kimi təmsilçilərimiz uğurlu çıxışla yadda qalıblar. Qızlarımız iki qızıl və bir bürünc medal qazanmağı bacarıblar.
“Abşeron-Zirvə”dən məşqçilər Hətəm və Elməddin Əhmədovların yetirmələrindən Leyla
Hüseynova 63 kq çəki dərəcəsində bürünc, Günel Həsənli isə 70 kq çəki dərəcəsində qızıl medala sahib çıxıb.
78 kq çəki dərəcəsində isə “İsmayıllı-Zirvə” təmsilçisi fərqlənib. Əkbər Şəfəqətovun yetirməsi Aytəkin Paşazadə bu çəkidə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təbrik edirik!