“Zirvə” cüdoçusu Türk Universiadasının qalibi oldu!

Aprelin 6-da rəsmi açılışı baş tutan Birinci Türk Şurası Universitet İdman Oyunları (Türk Universiadası) davam edir. Aprelin 10-dək davam edəcək turnirdə Azərbaycan ilə yanaşı, Türkiyə, Qazaxıstan və Qırğızıstan idmançıları 7 idman növü – futzal, voleybol, şahmat, stolüstü tennis, cüdo, sərbəst güləş və yunan-Roma güləşi üzrə yarışacaqlar.

Bu mötəbər yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak edirlər. Cüdoçumuz Günel Həsənli bu mənada müsbət fərqlənərək bizi sevindirib.

Universiada çərçivəsində cüdo yarışlarında iştirak edən “Abşeron-Zirvə” təmsilçisi qadınların 78 kq çəki dərəcəsindəki mübarizəsinə qoşulub. Rəqiblərini üstələyən Günel, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medala layiq görülüb.

Təcrübəli mütəxəssis Hətəm Əhmədovun rəhbərliyi altında çıxış edən cüdoçumuzu təbrik edir, ona qarşıdakı yarışlarda da uğurlar arzulayırıq.

SHARE
Şərh yaz