“Zirvə” dünya çempionatının iştirakçısı və tərəfdaşıdır

Tbiisi-logo-red-1024x1024-637x63723 iyun – 2 iyul tarixlərində Gürcüstanın paytaxtı Tiflis şəhərində ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatı keçiriləcək. 40 ölkədən 250 idmançının (110 qadın və 140 kişi) iştirak etdiyi bu yarışın əsas tərəfdaşlarından biri də “Zirvə” Beynəlxalq İdman Klubudur. Həmişə dünya ağır atletikasına dəstəyi ilə seçilən klubumuz öz ənənəsinə sadiq qalmaqdadır.
Gürcüstan filialımıza rəhbərlik edən üçqat Olimpiya çempionu, yerli federasiyanın prezidenti Kaxi Kaxiaşvili həm də yarışın əsas təşkilatçısıdır. Onun vasitəsilə dünya çempionatına verdiyimiz dəstək, geniş kütləyə çatdırılıb.
Çempionatda klubumuzun bir neçə üzvü də iştirak edir. Gürcüstandan 5 (Giorgi Çxeidze, Malakmadze Arçili, Çxeidze İrakli, Giorbelidze Qurami və Anastasiya Qotfrid), Ukraynadan 4 (Volodimir Hoza, İqor Obuxov, Anton lesnoy və Yelizaveta Baranova), Polşadan 1 (Mateuş Skulimovski), Türkiyədən isə 2 (Büşranur Dalmızrak və Zeynep Atakan) idmançı yarışda iştirak edəcəklər.
Onların hər birinə uğurlar arzulayırıq!

SHARE
Şərh yaz