Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş ağır atletika üzrə Veteranlar arasında Dünya Kuboku başa çatdı. İlham Əliyev adına Naxçıvan Olimpiya Kompleksində 05-08 iyul tarixləri arasında keçiriləcək yarış yüksək təşkilatçılıqla müşayiət olundu. 23 ölkədən 170-dən çox usta ağırlıqqaldıranın güclərini sınadığı Kubok bizim üçün uğurlu alındı. Azərbaycan yığması ümumilikdə 23 medal qazandı ki, bunun da yarısı “Zirvə”çilərin payına düşdü. Klubumuzun nümayəndələri öz çıxışları ilə ölkəmizi layiqincə təmsil edə bildilər.
“Zirvə”nin veteran atletləri ümumilikdə 12 medal qazanaraq böyük uğur qazandılar. Bu medallardan 5-i qızıl, 4-ü gümüş, 3-ü isə bürüncdür.
Bundan başqa idmançımız Alıyev Akif 4 dünya rekordunu yeniləməklə yadda qaldı. M35 yaş qrupunda mübarizə aparan atletimiz Emil Əliyev isə həm də ümumilikdə bu yaş qrupunun ən yaxşı idmançısı seçildi.
İdmançılarımızı təbrik edir, onlara gələcəkdə də bu cür uğurlar qazanmasını diləyirik!
Medalçılarımızın siyahısı ilə tanış olun
- Qızıl medal: Jilyayev Vladimir, Alıyev Akif, Əkbərov Emin, Ağayev Namiq, Əliyev Emil.
- Gümüş medal: Tağıyev Zəfər, Kərimov Ağakərim, Muxtarov Ağalar, Orucov Rasim.
- Bürünc medal: Tahirov İsmayıl, Quliyev Səttar, Əliquliyev Teymur.