“Zirvə” Futbol Klubu AFFA-nın yarışlarına qatılacaq

2

Azərbaycan Futbol Federasiyaları Assosasiyasının beş yaş qrupu – U-10, U-11, U-12, U-13 və U-14 – üzrə Cənub regionunda keçirdiyi Azərbaycan birinciliklərinin başlamasina bir aydan da az vaxt qalir. Digər idman növlərində olduğu kimi, futbola da diqqətlə yanaşan “Zirvə” Beynəlxalq İdman Klubu növbəti mövsümdən bu cür turnirlərə qatılmaq qərarına gəlib.
Artıq “Zirvə” Futbol Klubu təmsil olunacağı bütün yaş qrupları üzrə komandaları formalaşdırıb və məşqlərə start verilib. İkitərəfli oyunlar keçirilib, yaxın günlərdə digər rayon komandaları ilə yoxlama oyunlarının keçirilməsi də planlaşdırılır.
Xatırladaq ki, ötən ay “Zirvə” BİK və Cənub Regional Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “ZİRVƏ KUBOKU” yarışlarında cənublu “Zirvə U-12” komandası qalib gəlmiş, digər yaş qrupunda U-14 komandası isə bakılı həmklublarına finalda uduzaraq gümüş medallara sahib çıxmışdılar.
Qarşıdakı mövsümdə Cənub regionunda “Zirvə U-10” komandasını yarışlara baş məşqçi Emin Əliyey, “Zirvə U-11” və “Zirvə U-12” komandalarını Ramin Əhədov, “Zirvə U-13” və “Zirvə U-14” komandalarını isə Orxan Əhədov çıxaracaqlar.
Klubumuzun bu il qarşısına qoyduğu məqsəd seleksiya yolu ilə seçilmiş yeniyetmələrin oyun təcrubəsini artırmaq, onların fiziki və taktiki hazırlıqlarını daha da inkişaf etdirmək və onlarda olan bacarıqlarını üzə çıxarmaq, Azərbaycanın müxtəlif yaş qrupları üzrə yıgmalara layiqli davamçılar yetişdirməkdir. Gələcəkdə “Zirvə” FK-nin maddi-texniki bazasının yaxşılaşdırılması, daha da yaxşı şəraitin təmin olunması planlaşdırılır.

SHARE
Şərh yaz