“Zirvə” futbolçuları xatirə turnirinin qalibi olub

Bakıda 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında əməkdar idman xadimi İbadulla Həsənovun xatirəsinə həsr olunan futbol turniri keçirilib. Yarışda “Zirvə” futbol komandası da iştirak edib.

Finala qədər bütün rəqiblərini məğlub edən “Zirvəçilər” həlledici görüşdə də meydandan qalib ayrılıblar. “Borussiya Dortmund” komandasını 4:3 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanan futbolçularımız uğurlu çıxışları ilə bizləri sevindirib.

Komandanın məşqçisi Fuad Abbasov və kapitanı Hüseyn Ağaverdiyev yarış barədə fikirlərini AAAF TV-ilə bölüşüblər. “Zirvə” futbol klubu iyulun sonlarında Tiflisdə baş tutacaq ənənəvi yay turnirində iştirak edəcək. Komanda turnirlə bağlı hazırlıqlara da başlayıb.

SHARE
Şərh yaz