“Zirvə” futbol komandaları yarışlara uğurla start verdilər

AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları arasında futbol üzrə Azərbaycan birinciliklərinin 2018/19-cu illər mövsümünə rəsmən start verilib. Əvvəlki illərdə olduğu kimi, bu dfə də “Zirvə” futbolçuları bu yarışlarda klubumuzun şərəfini qoruyacaqlar. Onların hər birinə uğurlar arzulayırıq!

Artıq ilk turun oyunları başa çatıb.

Şimal zonasında çıxış edən U-13 Xırdalan “Zirvə” komandası İOEUGİM ilə qarşılaşıb. Oyun 161 hesabı ilə başa çatıb.

Cənub zonasında 3 komandamız mübarizəyə qoşulub.

Yaşı 10-a qədər olan futbolçularımızdan təşkil olunan Lənkəran “Zirvə” komandası Masallı UGİMini 5:1 hesabı ilə məğlub edib.

U-13 Lənkəran “Zirvə”si isə Masallı “Ərkivan”ına 2:0 hesabı ilə qalib gəlib.

U-14 liqasında yarışan “Zirvə” isə Masallı UGİM-I ilə oyundan 1:2 hesabı ilə məğlub ayrılıb.

 

Ümumilikdə, komandalarımızın çıxışını müsbət dəyərləndirmək olar. İnanırıq ki, futbolçularımız bizi növbti qələbələrlə sevindirməkdə davam edəcəklər.

SHARE
Şərh yaz