“Zirvə” Futbol Klubu AFFA bayrağı altında aşağı yaş qruplarındakı çıxışlarını davam etdirir. U-10 və U-12 liqasında mübarizəsini uğurla aparan gənc futbolçularımız böyük gələcək vəd edirlər.
U-12 liqasının növbəti turu çərçivəsində Xızı ilə qarşılaşan “Zirvə” komandası 3:0 hesabı ilə qələbə qazanıb. Məşqçi Arzu Nəsibovun rəhbərliyi altında komandamız həm yaxşı futbol nümayiş etdirir, həm də xal ehtiyatımızı zənginləşdirirlər. Mütəxəssisin sözlərinə görə, yeni istedadlı yeniyetmə futbolçuların komandaya cəlb edilməsi işini də davam etdirirlər.
Yeni mövsümdən etibarən “Zirvə”də komandaların sayının artırılması da planlaşdırılır.