AFFA bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə Azərbaycan birinciliklərinə start verilib. Turnirlərdə “Zirvə” Futbol Klubları da iştirak edirlər. Onlar əsasən cənub regionu üzrə yarışlarda çıxış edəcəklər. Klubumuzu “Lənkəran-Zirvə”çilər U-10, U-11, U-13 və U-14 komandaları ilə təmsil edirlər.
Sentyabrın 25-də ilk turun oyunları keçirilib.
U-10 komandamız “Masalli UGİM”lə gərgin keçən oyunun son saniyələrindəki vurdugu qolla 3:2 hesabi ilə qalib gəlməyi bacarıb.
U-11-imiz isə “Lənkəran UGİM” komandasi ilə qarşılaşıb. Matçda qalib müəyyən edibməyib – 4:4.
U-13 komandamz da “Lənkəran UGİM”ə 3:0 hesabi ilə qalib gəlməyi bacarıb.
U-14-ümüz isə bu turda oynamaqdan azad olub.
Beləliklə, gənc futbolçularımız ilk turda iki qələbə və bir bərabərliklə uğurlu start verdilər. Komandalarımızın hər birinə müvəffəqiyyətlər arzulayır, səslərinin zirvələrdən gəlməsini diləyirik.