Şənbə günü AFFA-nın bayrağı altında keçirilən uşaq futbol liqalarının Cənub regionu üzrə növbəti turunda oyunlar baş tutub. Lənkəran TİM-in stadionunda oynalınan qarşılaşmalarda “Zirvə”çilər də mübarizə aparıblar. Komandalarımız starta yaxşı başlayıblar.
U-10 komandamız Masallının UGİM futbolçuları ilə qarşılaşıblar. Oyun 3:3 hesabı ilə bərabərə bitib.
U-13 liqasında isə komandamız “Xəzər Lənkəran”la üz-üzə gəlib. “Zirvə” futbolçuları güclü rəqibi ilə 1:1 heç-heçə edib.