“Zirvə” gimnastları komanda hesabında bürünc medal qazandılar!

4-5 iyun tarixlərində Tərtər Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 6-cı Bölgələrarası Kubok keçirilib. Yarışda “Zirvə” İK, Sumqayıt OİK, Kürdəmir, Gəncə, Kür, Şirvan, Masallı, Zaqatala, İsmayıllı, Ağdaş, Göyçaydan 31-i fərdi, 4-ü isə qrup komandası olmaqla, ümumilikdə 44 gimnast mübarizəyə qoşulub. İdmançılar fərdi (balacalar – 2012-2014-cü il, yeniyetmələr – 2010-2011-ci il, gənclər – 2007-2009-cu il) və qrup hərəkətləri proqramında (balacalar – 2012-2014-cü il) çıxış ediblər. Fərdi gimnastlar çoxnövçülükdə, qrup hərəkətləri proqramında çıxış edən idmançılar isə həm çoxnövçülük, həm də ayrı-ayrı alətlər üzrə öz aralarında qalibləri müəyyənləşdiriblər.

Yarışda “Zirvə” gimnastları da iştirak ediblər. Baş məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında çıxış edən idmançılarımız uğurlu çıxışla yadda qalıblar. Balacaların qrup yarışlarında (2012-2014) alətsiz çıxışlarda Hüsüyeva Xadicə, Mustafazadə Rəfiqə, Əhmədova Ayla və Məmmədli Aydandan ibarət “Zirvə” komandası 20,900 xalla bürünc medal qazanıb.

Təbrik edirik!

SHARE
Şərh yaz