Noyabrın 9-da Sumqayıt Olimpiya Kompleksində bədii gimnastika növü üzrə “Sumqayıt əfsanəsi” 2-ci Sumqayıt açıq birinciliyi keçirilib. Yarış 2010-2004-cü il təvəllüdlü idmançılar arasında fərdi proqram üzrə keçirilib.
Qalib idmançılar yaş kateqoriyasına əsasən Bakı və regionlar üzrə ayrıca mükafatlandırılıblar. Ümumilikdə 105 gimnastın qatıldığı yarışda Bakıdan 7 və regionlardan 9 klubun təmsilçiləri öz çıxışlarını nümayiş etdiriblər. Təbii ki, xalça üzərinə çıxanlar arasında “Zirvə” İdman Klubunun nümayəndələri də olub. Baş məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında yeniyetmə qızlarımız çox sayda medal qazanaraq bizi sevindiriblər.
Komandamız yarışda ümumilikdə 22 medal əldə edib. Gimnastlarımızdan 2010-cu il təvəllüdlü Aydan Məmmədova alətsiz hərəkətlərdə 3-cü, halqa ilə hərəkətlərdə isə 2-ci yeri tutub. 2009-cu il təvəllüdlü Quliyeva Nuray alətsiz 2-ci, topla 1-ci, Həsənova Fidan alətsiz 2-ci və topla 2-ci, Əskərova Dəniz alətsiz 3-cü, iplə 2-ci, 2006-cı il təvəllüdlü Səmədli Fatimə ip, halqa və çoxnövçülükdə 1-ci, Kərimova Çinarə ip, halqa və çoxnövçülükdə 3-cü, 2004-cü il təvəllüdlü Rzazadə Fatimə halqa, top, güz və lentdə 3-cü, Süleymanlı Aytac halqa, top, gürz, lent və çoxnövçülükdə 2-ci yei tutublar.
Qızlarımızı təbrik edir, gələcək yarışlarda da uğurlar qazanmalarını diləyirik!