10-13 oktyabr tarixlərində Azərbaycan Gimnastika Mərkəzində bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi və 6-cı Bölgələrarası Kubok keçirilib. İdmançılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparıblar. Turnirlərdə Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 300-dən çox idmançının iştirak edir.
Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışıblar.
İştirkçılar arasında “Zirvə International Sport Clubs”-ın üzvləri də var. Baş məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında Aytac Süleymanlı, Fatimə Səmədli, Aytac Ocaqlı, Səriyyə Süleymanlı, Zəhra Cəfərova, Leyla Əliyeva, Dəniz Əsgərova, Nuray Quliyeva, Sevil Hüseynli, Səlma İsmayılova, Röya Alıkişiyeva, Dilək Əmrullayeva və Şəms Qabilzadə mübarizəyə qoşulublar.
Çox sevindiricidir ki, komandamızın üzvlər istər fərdi, istərsə də kollektiv şəkildə gözəl və uğurlu çıxış nümayiş etdiriblər.
Balacalar qrupunda “Zirvə” komandası lentdə 10.250 xalla 4-cü, alətsiz 13.450 xalla 7-ci, ümumi sıralamada 23.700 xalla 4-cü olublar. Fərdi mübarizədə 2009-cu illərdə Dəniz Əsgərova 31.150 xalla 12-ci, Leyla Əliyeva 28.100 xalla 19-cu, nuray Quliyeva 27.550 xalla 20-ci, 2010-cu illərdə Sevil Hüseynli 27.600 xalla 19-cu, Səlma İsmayılova 23.050 xalla 26-cı, Dilək Əmrullayeva 18.800 xalla 38-ci, 2011-ci illərdə Röya Alıkişiyeva 28.300 xalla 8-ci yeri tutublar. Yeniyetmələrin yarışında Zəhra Cəfərova 32.150 xalla 14-cü, Səriyyə Süleymanlı 19.600 xalla 23-cü yeri tutub.
Fərdi mübarizədə isə gimnastlarımız böyük uğurlarla yadda qalıblar. 2 qızıl, 2 gümüş və bir bürünc medal qazanan zəriflərimiz hər kəsi öz çıxışlar ilə heyran edə biliblər.
2007-ci il təvəllüdlü gimnastlar arasında isə Səriyyə Süleymanlı bürünc medala sahib çıxıb.
Zəhra Cəfərova 2008-ci il təvəllüdlü gimnastlar arasında fərdi çoxnövçülükdə (alətsiz və topla hərəkətlərdə) qızıl medala layiq görülüb.
2009-cu illərdə Dəniz Əsgərova gürzlə çıxışlarda 10.350 xalla gümüş medal əldə edib.
2010-cu il təvəllüdlü gimnastlar arasında Sevil Hüseynli alətsiz çıxışda 11.550 xalla qızıl medal qazanıb.
2011-ci il təvəllüdlü gimnastlar arasında Röya Alıkişiyeva 19.150 xalla gümüş medal əldə edib.
Bölgələrarası Kubokda isə komandamız fantastik çıxışla fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb!
Leyla Əliyeva, Dəniz Əsgərova, Nuray Quliyeva, Sevil Hüseynli və Röya Alıkişiyevadan ibarət “Zirvə” komandası rəqiblərini arxada qoyaraq qızıl medallara sahib çıxıb. Bədən çətinliyində 3.300, alət çətinliyi 4.700, icra 8.400 xal, toplam xal 16.400 xal qazanan gənc gimnastilarımız tarixi uğura imza atıblar. Klubumuzun adını zirvələrə yazan qızlarımızın hər birinin çıxışı alqışalayiqdir. Onlar balaca olmalarına baxmayaraq zərif qüvvəni tamlığı ilə nümayiş etdirərək, əsl komanda ruhu ilə qələbə qazanmaqla böyük uğura nail oldular!
Onların hər birini, məşqçilərini, əməyi olan hər kəsi təbrik edir, onlara təşəkkür edir, qarşıdakı bütün yarışlarda da zirvələri fəth etməyi arzulayırıq!