“Zirvə” haqqında videorolik Tiflisdə böyük marağa səbəb olub

z2Hazırda Gürcüstanın paytaxtı Tiflis şəhərində davam edən ağır atletika üzrə gənclər arasında 42-ci kişilər və 22-ci qadınlar arasında dünya çempionatının rəsmi tərəfdaşlarından birinin “Zirvə” Beynəlxalq İdman Klubu olduğunu xəbər vermişdik. Dünya ağır atletikasına mütəmadi dəstəyi ilə seçilən klubumuz öz ənənəsinə sadiq qalmaqdadır.
Yarış təşkilatçıları “Zirvə”nin atdığı addımları alqışlayır və bunu hər imkanda göstərməyə çalışırlar. Buna misal, turnirin gedişi zamanı körpücüyün arxasında yerləşən böyük, həmçinin digər monitorlarda “Zirvə”nin fəaliyyətini əks etdirən videorolikin mütəmadi nümayiş etdirilməsidir. AAAF TV istehsalı olan, ingilis dilində hazırlanmış bu rolikdə klubumuzun 12 ölkədə 40-a yaxın filialının olması, bütün bölmələrə maksimum şərait yaradılması, geyim və digər ağır atletika avadanlıqları ilə təmin etməsi əks olunub. Qeyd olunub ki, bir dünya, Avropa və olimpiya çempionları klub sistemimizdə çalışır və həm yerli, həm də dünya ağır atletikasının inkişafına öz töhfələrini verirlər. “Zirvə” barədə videorolik yarış izləyicilərinin böyük marağına səbəb olub.

 

SHARE
Şərh yaz