“Zirvə” İdman Klubunun 2011-ci ildə üç ən yaxşı idmançısının adı məlum oldu

2011-ci ildə keçirilən bütün yarışlarda uğurla çıxış etmiş və “Zirvə” İdman Klubunun nüfuzunu şərəflə qorumuş üç ən yaxşı idmançımızın adı müəyyənləşib. Bu ağır atletlər ilin yekunlarına görə idmançı yoldaşlarını qabaqlayıblar.

Bu münasibətlə hər üç idmançı “Zirvə” İdman Klubunun yarışlarının final mərhələsində xüsusi kuboklarla mükafatlandırılıblar. Klub rəhbərliyi onlara ötən ildəki çıxışlarına görə təşəkkür edir və gələcəkdə daha böyük uğurlar qazanmalarını arzulayır.

İlin yekunlarına görə “Zirvə” İdman Klubunun ən yaxşı idmançıları:

1. Quliyev Firudin – Goranboy

2. İbrahimli Paşa – Lənkəran

3. Əliquluzadə Elxan – Lənkəran

SHARE
Şərh yaz