Azərbaycanda ilk dəfə Lənkəran “Qafqaz Sahil Oteli”nin çimərlik oyunları meydanında keçirilən “Footvolley” idman növü üzrə yarışlara yekun vurulub. Turnirdə Lənkəranın “Göyşaban”, “Xəzər-92”, “Zirvə F”, Bakının “Təhsil”, Masallının “Ərkivan” və Salyanın “Kür” komandaları iştirak ediblər. İki dövrədən ibarət keçirilən yarışlarda Salyanın “Kür” 3-cü, Masallının “Ərkivan” komandası isə 2-ci yeri tutub. Lənkəranın “Zirvə FK” komandası isə Region Kubokunun qalibi adını qazanıb.
Turnirin ən yaxşı oyunçusu adına “Ərkivan” komandasının oyunçusu İbayev Balayar layiq görülüb. Turnirə Cənub RFF-nin və yeni yaradılacaq Footvolley Federasiyasının nümayəndələri rəhbərlik edirdi. Sonda xatirə şəkli çəkildi.