“Zirvə” İSC atleti Avropa çempionu oldu!

26 mart – 1 aprel tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində qadınlar və kişilər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilib. Yarışda 32 ölkədən 211 (102 qadın+110 kişi) atlet medal uğrunda mübarizə aparıb. Ənənəyə uyğun olaraq, Zirvə İnternational Sport Clubs-ın üzvləri də – 3 qadın atlet körpücük üzərinə çıxaraq klubumuzun şərəfini qoruyublar. Əldə olunan nəticələr sevindiricidir.
63 kq çəki dərəcəsində iki nümayəndəmiz yarışıb. “Beer-Şeva-Zirvə” təmsilçisi Marina Ohman toplam 177 kq (82+95) nəticə ilə yekun sıralamada 12-ci pillədə qərarlaşıb. Bu çəkidə 17 yaşlı Qalya Şatova daha uğurlu çıxış edib. “Smolyan-Zirvə” təmsilçisi toplam 199 kq (91+108) nəticə ilə Avropa çempionatında 5-ci yeri tutub.
90 çəki dərəcəsində isə Anastasiya Qotfrid möhtəşəm nəticə göstərdi. Klubumuzun dünya çempionatı və kuboklarının dəfələrlə qalibi olmuş Ukrayna əsilli idmançı Gürcüstan yığması və “Tbilisi-Zirvə” klubunun şərəfini qoruyub. 22 yaşlı atlet toplam 256 kq (124+132) nəticə ilə Avropa çempionatının qalibi adını qazanıb. O, ən yaxın izləyicisini 30 kq qabaqlamaqla qələbəsinə şübhə yeri qoymayıb. Üstəlik, Nastya birdən qaldırma hərəkətində 24 kq nəticə ilə 23 yaşa qədər atletlərin erməni Ripsime Xurşudyana məxsus Avropa rekordunu yeniləyib.
Biz onu, həmçinin məşqçiləri Denis Qotfrid və Georgi Asanidzeni təbrik edir, qarşıdakı yarışlarda uğur qazanmasını arzulayırıq!
Təşəkkürlər!

epa06638992 Anastasiia Hotfrid of Georgia makes an attempt during the women’s 90kg clean and jerk final at the Weightlifting European Championships in Izvorani village, 40 km north of Bucharest, Romania, 31 March 2018. EPA-EFE/ROBERT GHEMENT
SHARE
Şərh yaz