“Zirvə” İSC-nin filialları Avropa çempionatında 14 medal qazandı!

15-22 oktyabr tarixlərində Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilib. Yarışda 36 ölkədən 400-ə yaxın atlet körpücük üzərinə çıxıb.
Bu mötəbər turnirdə “Zirvə” İnternational Sport Clubs-ın xarici filiallarının üzvləri də iştirak ediblər. Bolqarıstan, Ukrayna, Polşa, Moldova və Gürcüstanı təmsil edən 13 atlet uğurlu nəticələr əldə edib. “Zirvəçilər” toplam 14 medal qazanaraq klub səviyyəsində gücümüzü ortaya qoymağı bacarıblar. 14 medaldan 4-ü böyük, 10-u kiçik medal olub. Atletlərimiz ümumi 6 qızıl, 6 gümüş və 2 bürünc medal üçün fəxri kürsüyə qalxıblar.
“Jidaçiv-Zirvə”dən Kiril Piroqov 3 qızıl, Anna Panova 2 gümüş və 1 bürünc, İqor Obuxov 1 bürünc və Leonid Kubışkovski 1 gümüş medalla fərqləniblər. “Tbilisi-Zirvə”dən Anastasiya Qotfrid 3 qızıl, Georgi Çxeidze 3 gümüş medalla Avropa çempionatında əla çıxış nümayiş etdiriblər.

“Zirvə” İSC-nin adını zirvələrə qaldıran hər kəsə təşəkkür edir, qələbələrin davamının gəlməsini arzulayırıq!

Bütün atletlərimizin çıxışı barədə cədvəllə aşağıda tanış ola bilərsiniz:

N Adı Ölkə Klub Yaş Çəki Birdən Yer Təkanla Yer Toplam Yer
1. Qalya Şatova BUL Smolyan U-20 63 kq 86 5 100 7 186 5
2. Vanya Luxova BUL Smolyan U-20 63 kq 71 11 88 11 159 11
3. Anna Panova UKR Jidaçiv U-20 69 kq 96 2 114 3 210 2
4. Eliza Vçislak POL Terespol U-20 75 kq 86 7 95 8 181 8
5. Vitali Smoçek UKR Jidaçiv U-20 77 kq 135 9 168 6 303 6
6. Tudor Çobanu MDA Kişinyov U-20 77 kq 134 10 164 8 298 8
7. Mateuş Skulimovski POL Terespol U-20 85 kq 151 5 173 12 324 10
8. İqor Obuxov UKR Jidaçiv U-20 85 kq 150 7 186 3 336 5
9. Kiril Piroqov UKR Jidaçiv U-20 94 kq 175 1 201 1 376 1
10. Giorgi Çxeidze GEO Tbilisi U-20 +105 kq 185 2 231 2 416 2
11. Anastasiya Qotfrid GEO Tbilisi U-23 90 kq 123 1 140 1 263 1
12. Andrian Motriçala MDA Jidaçiv U-23 105 kq 160 5 190 9 350 7
13. Leonid Kubışkovski UKR Jidaçiv U-23 +105 kq 184 2 211 5 395 4
SHARE
Şərh yaz