“Zirvə” karateçiləri dünya çempionatında 1 qızıl, 3 bürünc medal qazandılar!

“Zirvə” karateçilərinin uğurları davam edir.

14-17 noyabr tarixlərində Serbiyanın Srenjanin şəhərində Şotokan Karate üzrə yeniyetmə və gənclər arasında dünya çempionatı keçirilib. Yarışda “Zirvə” Beynəlxalq İdman Klublarının karateçiləri də iştirak ediblər. Təcrübəli mütəxəssis Rüstəm Əkbərovun rəhbərliyi altında təmsilçilərimiz 1 qızıl və bürünc medalla fərqləniblər.

10-11 yaşlı karateçilərin yarışında +40 kq çəki dərəcəsində yarışan Şamo Kamilov bütün rəqiblərini üstələyərək qızıl emdal qazanıb və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Həmin çəkidə bürünc medalı isə digər “Zirvəçi” Rafael Yusubov qazanıb. Bununla yanaşı, digər karateçilərimiz – 12-13 yaşlılarda 53 kq çəki dərəcəsində Ruslan İsmayılov və 14-15 yaşlılarda 67 kq çəki dərəcəsində Əli Quluzadə bürünc medal qazanıblar.

İdmançılarımızı təbrik edir, qarşıdakı yarışlarda da uğur qazanmalarını diləyirik!

SHARE
Şərh yaz