“Zirvə” karateçilərindən tarixi nəticə!

Azərbaycan Milli Karate Federasiyası və “Arpaçay” Karate Klubunun birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş VI “Arpachay Open” beynəlxalq karate turniri keçirilib. İki gün davam edən turnirin rəsmi açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, millət vəkili Vüqar İsgəndərov, Rusiya Karate Federasiyasının vitse-prezidenti Viktor Xan, “Arpaçay” Karate Klubunun prezidenti Yavər Hüseynov, eləcə də mərsimə dəvət olunmuş qonaqlar çıxış ediblər. Açılış mərasimində 20 Yanvar şəhidlərinin ailə üzvləri, həmçinin ictimai təşkilat nümayəndələri, qazilər və tanınmış idman simaları iştitak edib. Ölkədə karatenin inkişafı və yarışın keçirilməsində dəstəyə görə bir sıra şəxslər fəxri diplomla mükafatlandırılıb. Ənənəvi yarışda Azərbaycan, Rusiya və Ukraynanın 6-7, 8-9, 10-11, 12-13, 14-15, 16-18 və 21 yaşadək karateçiləri iştirak edib. 570 idmançı 31 klubu təmsil edib.

Bu yarışda ənənəvi olaraq “Zirvə” karateçiləri də iştirak ediblər və tarixi bir uğura imza atıblar. Təcrübəli mütəxəssis, idman ustası Rüstəm Əkbərovun rəhbərliyi altında idmançılarımız əla çıxış nümayiş etdirərək ümumi hesabda 4-cü, Respublika klubları arasında komanda hesabında 3-cü yerə çıxıblar. Karateçilərimiz 5 qızıl və 4 bürcn medalla yarış öz damğlarını vurmağı bacarıblar. Ölkənin ən böyük karate klubları, cəmiyyətlərini arxada qoymağı bacaran “Zirvə”, öz zirvə statusunu bir daha təsdiqləməyi bacarıb.

Mükafatçılarımız aşağıdakılardır:

Fateh Kamilov – (6-7 yaş qrupu) – 25 kq – 1-ci yer
Şamo Kamilov – (10-11 yaş qrupu) – +50 kq – 1-ci yer
Rafael Yusibov – (10-11 yaş qrupu) – 50 kq – 1-ci yer
Əbəlfəz Rəfiyev – (10-11 yaş qrupu) – 45 kq – 1-ci yer
Xudaş Ağayev – (16-17 yaş qrupu) – 68 kq – 1-ci yer
Murad Cavadzade – (10-11 yaş qrupu) – 35 kq – 3-cü yer
Hüseyn Dadaşzadə – (10-11 yaş qrupu) – 35 kq – 3-cü yer
Ruslan İsmayılov – (12-13 yaş qrupu) – 55 kq – 3-cü yer
Hüseyn Hüseynov – (16-17 yaş qrupu) – 55 kq – 3-cü yer.

Bu böyük uğur münasibətilə karateçilərimizi təbrik edirik!

SHARE
Şərh yaz