Sentyabrın 9-11-i tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və İstirahət Kompleksində 10-cu “Zirvə Kuboku” keçirilib. Ənənəvi olaraq “Zirvə” İnternational Sport Clubs-ın ölkə xaricindəki filiallarının qatıldığı yarış bu dəfə də beynəlxalq səviyyədə təşkil olunub. Turnirdə klubumuzun Azərbaycan, Moldova, Ukrayna, Gürcüstan, Rusiya, Türkiyə və Polşadakı filiallarının nümayəndələri medallar uğrunda mübarizə aparıblar.
Maraqlı yarışdan sonra turnirin bağlanış mərasimi, eyni zamanda AAAF Park Moldovada “İvança-Zirvə” klubunun təsisi və idman zalının açılışına həsr olunmuş konsert təşkil olunub. Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu, Moldova Gənclər və İdman Nazirinin müavini Pavel Yanets, Orqeyev rayonunun sədri Tudor Qolub, İvança qəsəbəsinin meri Oleq Qaşper, həmçinin Azərbaycanın Moldovadakı səfirliyinin 1-ci katibi Leyla Orucova və digər mötəbər qonaqlar, həmçinin çox sayda digər vətəndaşların izlədiyi tədbir əyləncəli alınıb.
Rəsmi hissədə Tudor Kasapu, Pavel Yanets, Tudor Qolub və “Zirvə” İnternational Sport Clubsın direktoru və Azərbaycan Ağır Atletika Federasiyasının baş katibi Rizvan Rəsulov çıxış edib, görülən işlər barədə məlumat verib, istər klub, istərsə də bu böyük layihənin həyata keçirilməsində böyük rolu olan hər kəsə təşəkkürlərini bildiriblər. Azərbaycan və Moldova Dövlət Himnlərinin çalınmasından sonra bədii hissə başlayıb.
“Kavkazskaya plennitsa” rəqs qrupunun ifasındakı Azərbaycan, Moldova və Ukrayna milli rəqsləri, həmçinin “Barvinok” və “Vışivanka” qruplarının digər rəqsləri maraqla qarşılanıb. Gecənin sürprizi isə “Avroviziya” yarışmasında gözəl çıxış edərək 3-cü yeri tutmuş “Sun Stroke Project” qrupu olub. Onların ifa etdikləri mahnılara böyük alqışa səbəb olub. Ritmik mahnılar altında hər kəs rəqs edib, doyunca əyləniblər.
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions