“Zirvə Kuboku”nun dəqiq vaxtı bilindi

“Zirvə” İdman Klubunun növbəti “Zirvə Kuboku”nun vaxtı müəyyənləşmişdir. Klubumuzun baş məşqçisi Hafiz Süleymanovun verdiyi məlumata görə, yarış mayın 28-29-u tarixlərində, Lənkəran şəhərində keçiriləcəkdir.

Kubokda hər yaş qrupu üzrə ən yaxşı 12 nəfər iştirak edəcək.

Yarışlar Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

SHARE
Şərh yaz