“Zirvə Kuboku”nun qalibi Avropa 2-cisi oldu

cxeidze

Litvanın Klaypeda şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa çempionatında “Zirvə” Beynəlxalq İdman Klubunun daha bir nümayəndəsi çıxış edib. Avqustun sonunda Astarada keçirilən “9-cu Zirvə Kuboku”nun qalibi, “Tbilisi-Zirvə”nin atleti Georgi Çxeidze fəxri kürsüyə qalxa bilib.
Yaşı 20-yə qədər olan atletlərin 105 kq çəki dərəcəsində mübarizəsinə qoşulan Çxeidze, birdən qaldırma hərəkətində 164 kq-ı ram edərək ikinci olub.
O, təkanla qaldırmada 201 kq-ın öhdəsindən gələrək bu hərəkətdə bürünc medala sahib çıxıb.
Çxeidze toplamda 365 kq (164+201) nəticə göstərərək yekun sıralamada Avropa çempionatının gümüş medalına sahib çıxıb.
Təbrik edir, ona qarşıdakı yarışlarda da bu cür uğurla çıxış etməsini diləyirik!

SHARE
Şərh yaz