“Zirvə Kuboku”nun vaxtı dəyişdirildi

“Zirvə” İdman Klubunun növbəti “Zirvə Kuboku”nun vaxtı haqda sizə məlumat vermişdik. Əvvəlcə, bu yarışın mayın 28-29-u tarixlərində, Lənkəran şəhərində keçiriləcəyi planlaşdırılmışdı. Ancaq müəyyən səbəblərdən kubokun vaxtı dəyişdirilib.

Belə ki, “Zirvə Kuboku 2012” bu il iyunun 10-da, Lənkəran Olimpiya İdman Kompleksində keçiriləcək.

Veteran İdmançılar arasında Avropa çempionatı iyunun 9-da başa çatacaq və kubok bir gün sonra baş tutacaqdır.

Kubokda hər yaş qrupu üzrə ən yaxşı 12 nəfər iştirak edəcək.

SHARE
Şərh yaz