“Zirvə Oyunları” ağır atletika yarışları ilə start götürür

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” sabah ağır atletika yarışları ilə start götürür. 8 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Rusiya, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-yə yaxın uşaq ağır atletlər medal mübarizəsinə qoşulacaqlar. Yarışların təşkilinə “Zirvə” İnternational Sport Clubs MMC rəhbərlik edir. Yarışların keçirilməsi idman növləri üzrə fəaliyyət göstərən hakimlər heyətinə həvalə olunur. Yarışlarda hər yaş qrupunda və çəkidə I-II-III yerləri tutan idmançılar və komandalar “Zirvə” İnternational Sport Clubs MMC-nin medal və diplomları ilə mükafatlandırılacaqlar. Oyunlarda 27 idman növündə dörd mindən çox idmançı uşaq qüvvəsini sınayacaq. İdmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.

“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

 

START BOOK

SHARE
Şərh yaz