“Zirvə Oyunları” karate yarışları ilə davam edib

5-13 may tarixlərində AAAF Park Yaşayış Kompleksində keçirilən yeniyetmələr arasında Ümummilli lider, mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş VI ZİRVƏ OYUNLARI davam edir. May ayının 6-da Kompleksin yarış zalında WKF Karate üzrə yarışlar başa çatıb. Bu dəfə turnirdə 88 medal uğurnda 300 idmançı mübarizə aparıb. Görüşlər çox maraqlı keçib və yetərincə rəğbət toplayıb.
Yarışın qonaqları qismində Milli Karate Federasiyasının Prezidenti Yaşar Bəşirov, qurumun Hakimlər Kollegiyasının sədri Cahangir Babayev, böyüklərdən ibart yığma komandanın baş məşqçisi Şahin Xudavediyev və yığma komandanın bir çox üzvləri, dünya və Avropa çempionları iştirak ediblər. Onlar təşkilatçılıqla bağlı razılıqlarını dilə gətirib, görülən işlərə görə klub rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Yarışlara gəlincə, turnir açıq olduğunda ölkənin bir çox klublarının nümayəndələri tatami üzərinə çıxıblar. Rüstəm Əkbərovun rəhbərliyi altında “Zirvə” Beynəlxalq İdman Klublarının üzvləri 1 qızıl, 3 gümüş və 5 bürünc olmaqla, cəmi 9 medal qazanıblar.
“Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi,yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.

kaate netice zo6

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz