Astara rayonunun Qamışoba kəndində inşa edilən yeni Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 8-ci Zirvə Beynəlxalq Uşaq Oyunları çərçivəsində yaşı 14-ə qədər qız və oğlanlar arasında 3×3 basketbol üzrə yarış keçirilib. Turnirdə Lənkəran, Masallı, Cəlilabad və Astaradan olan gənc idmançılar medal və kubok mübarizəsi aparıblar.
Yarışlar çox maraqlı alınıb. Yeniyetmə basketbolçular yaşları az olmalarına baxmayaraq sona qədər mübarizə və əzmkarlıq nümayiş etdiriblər, eyni zamanda, əylənib, xoş vaxt keçiriblər. Təcrübəli mütəxəssislərin rəhbərliyi altında basketbolçular idman ustalıqlarını, istedadlarını ortaya qoyub, böyük perspektiv vəd etdiklərini göstərə biliblər.
Mütəxəssis Şəhriyar Əskərovun yarış barədə dediklərinə gəldikcə,
Yarışın özünə gəlincə, komandalar qrup mərhələsində dairəvi sistemlə oyunlar oynayıb, ən yaxşıları müəyyən ediblər. Oğlanlarda iki qrupun qalibləri digər qrupun ikinciləri ilə yarımfinalında qarşılaşıb, qaliblər finald`a, məğlublar isə 3-cülük matçında qüvvələrini sınayıblar.
Qızlarda “Zirvə Astara” finalda “Lənkəran” komandasına qalib gələrək qızıl medallara sahib çıxıb. Bürünc medallar isə “Zirvə Astara-2” komandasına qismət olub.
Oğlanlarda isə “Cəlilabad-Zirvə” komandası hamıdan güclü olaraq kuboku başı üzərinə qaldırmağı bacarıb. Onlar həlledici qarşılaşmada “Zirvə Astara”ya 12:6 hesabı ilə qalib gəliblər. Bürünc medallar isə “Cəlilabad-Zirvə-2” komandasına qismət olub.
Təbrik edirik!
ŞƏKİLLƏR
Sentyabr ayının 19-da Azərbaycan Basketbol Federasiyası və Zirvə Byenəlxalq İdman Klublarının təşkilatçılığı ilə Astara rayonunun Qamışoba kəndində inşa edilən yeni Zirvə Beynəlxalq Təlim-Məşq Bazasında 3×3 basketbol üzrə Astara Open 2020 turniri keçirilib. Yarışda Azərbaycanın ən güclü və təcrübəli basketbolçularının yer aldığı komandalar çempionluq mübarizəsi aparıblar.
Yeni bazada bir neçə idman növü üzrə təlim-məşq toplanışlarının təşkili və yarışların keçirilməsi üçün bütün imkanlar yaradılıb. Onların arasında basketbol, stolüstü tennis, çimərlik voleybolu və futbolu, şahmat, ağır atletika və digərlərini qeyd etmək olar. Toplanışlar zamanı komandaların ixtiyarına məşq meydançası və zalları, istirahət və bərpa üçün Olimpiya çempionu və mükafatçılarının şərəfinə adlandırılmış və xüsusi hazırlanmış koteclər, 50 nəfərlik mehmanxana, çay evi, kafe, 100 nəfərlik açıq havada və qapalı restoranlar veriləcək. Xəzər dənizinin sahilindəki füsunkar mənzərədə salınan bu baza Azərbaycan və dünya idmanının inkişafına öz töhfəsini verəcəkdir. Moldovadakı İvança qəsəbəsi, Türkiyədə Ankara şəhərində yerləşən “Altınpark-Akarsu”, Azərbaycanda Xırdalan və Astara şəhərlərindəki AAAF Park Yaşayış, İstirahət və İdman Kompleksindən sonra sayca 5-ci olan yeni beynəlxalq təlim-məşq bazasında ilk yarış məhz “Astara Open 2020” basketbol turniri olub.
Bildiyiniz kimi, dünyada tuğyan edən koronavirus pandemiyası səbəbindən builki Oyunlar öz doğru vaxtında başlamadı, aylarla ertələnməli oldu. Buna baxmayaraq, klub olaraq hətta karantin dövründə uşaqlar arasında ilkin mərhələdə basketbol (səbətə top atma) uşaq atletikasından uzununa tullanma yarışları keçirmiş, top atma yarışında simvolik olaraq hər iştirakçı məhz 19 top atmış və bu bizim klub olaraq COVİD-19 pandemiyasına simvolik etiraz və zərbəmiz olmuşdu.
Ölkə ərazisində tətbiq edilən xüsusi rejim – karantin qaydalarına tam uyğunlaşdırılaraq təşkil edilən oxatma yarışı zamanı şəxsi gigiyena, sosial məsafə və tibbi qoruyucu vasitələrdən istifadə qaydalarına, həmçinin digər müvafiq tələblərə riayət olundu, iştirakçıların sağlamlığı ön plana çıxarıldı. Gənc kamandan oxatanlarımız həm rahat, həm də təhlükəsiz şəkildə yarışaraq qalibləri müəyyən etdilər.
8-ci Zirvə Beynəlxalq Uşaq Oyunlarının bu ilin mayında Astara şəhərində keçirilməsi 30-dan çox ölkədən 10 mindən çox idmançının iştirakı ilə təşkil olunması nəzərdə tutulmuş, müvafiq çalışmalar həyata keçirilərək ilkin mərhələ başa çatdırılmışdı. Ancaq məlum pandemiya səbəbindən idman yarışlarının keçirilməsi mümkünsüz olmuş, Oyunların təşkili sual altına düşmüşdü. Zirvə Beynəlxalq İdman Klublarının rəhbərliyinin alternativ imkanlarla yarışları keçirmək qərarı isə bütün çətinliklərə rəğmən ölkədə həyata keçirilən idman siyasətinə dəstək vermək, gələcək nəslin sağlam yetişməsində iştirak etmək, ümummilli lider Heydər Əliyev irsini qorumaq və davam etdirməkdir.
Ötən ilin 5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunlarında 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşaq qüvvəsini sınamışdı.