“Zirvə Oyunları”nda ağır atletika idman növünün 5 hərəkəti üzrə ilk yarış keçirildi

DSC_4946Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93 illik yubileyinə həsr olunmuş yeniyetmələr arasında “IV ZİRVƏ OYUNLARI”nda ilk dəfə olaraq ağır atletika idman növünün 5 hərəkəti üzrə yarış keçirilib. Bunlardan 2-si klassik 3-ü isə yardımçı hərəkətlərdən təşkil olunub. Yarış AAAF Park Yaşayış Kompleksinin yarış zalında 2001-2003-cü il təvəllüdlü oğlanlar arasında keçirilib. Beş növ üzrə keçirilən yarışda aşağıda qeyd olunan hərəkətlər üzrə mübarizə gedib.
1. Birdən qaldırma
2. Təkanla qaldırma
3. Ağırlıqla oturub-durma
4. Uzanaraq ağırlığın sinədən sıxılması
5. Ağırlığı dartma

Ağırlıqqaldırma dünyası üçün yenilik olan “beşnövçülük” üzrə bu turnir maraqlı görüntülərlə yadda qaldı. Yeniyetmə ağır atletlər özləri üçün yeni olan hərəkətlərdə medal mübarizəsinə qoşuldular. Oturub-durma, sinədən tədricən qaldırma və yerdən dartmaya xüsusi diqqət göstərən idmançıların körpücük üzərindəki çıxışları alqışlarla müşayiət olundu. Qaydalara əsasən, beşnövçülükdə 5 hərəkətin hər birində ayrıca qalib elan edildi, medal və diplomla təltif olundular.
“Zirvə” Beynəlxalq İdman Klubu ağırlıqqaldırma üzrə mütəxəssislərin, idmansevərlərin hər biri üçün maraqlı olacaq bu yarışı təşkil etməklə yenilik gətirmək, yarışları rəngarəng edərək güc növlərinə olan marağı artırmaq məqsədi güdür. Biz gənc nəslin sağlam böyüməsi, ölkəmizə layiqli vətəndaş olması üçün əlimizdən gələni əsirmirik. Beşnövçülük üzrə yarışları təşkil edərək ölkə idmanının inkişafına dəstək verir, ağırlıqqaldırmanın populyarlığını yüksəldirik.
Mayın 8-də keçirilən yarışda 70-ə yaxın ağırlıqqaldıran beşnövçülükdə yarışdı. 2001-ci ilərdə Baxışov ismayıl, 2003-cü illərdə isə Həsənov Fuad bütün növlərdə qalib gələrək mütləq çempion adını qazandılar. 2002-ci illərdə isə mübarizə daha rəngarəng alındı və hər hərəkətdə bir qalibin çıxışına şahidlik etdik.
Nəticələri sizə təqdim edirik:

2001-ci illər
Birdən qaldırma
1. Baxışov İsmayıl 67.7 98 133.46
2. Usubov Kamran 57.0 76 116.00
3. Alxasov Saleh 45.8 60 111.16
Təkanla qaldırma
1. Baxışov İsmayıl 67.7 126 171.59
2. Usubov Kamran 57.0 96 147.78
3. Alxasov Saleh 45.8 76 140.81
Oturub-durma
1. Baxışov İsmayıl 67.7 155 211.09
2. Usubov Kamran 57.0 125 192.42
3. Əlizadə Turab 59.6 125 186.04
Sinədən tədricən qaldırma
1. Baxışov İsmayıl 67.7 80 108.95
2. Alxasov Saleh 45.8 50 92.64
3. Məmmədzadə Afərin 49.1 50 87.02
Yerdən dartma
1. Baxışov İsmayıl 67.7 155 211.09
2. Əlizadə Turab 59.6 135 200.92
3. Məmmədzadə Afərin 49.1 100 174.05
2002-ci illər
  Birdən qaldırma      
1. Manafov Yaqub 63.50 88 125.14
2. Cavadov Ömər 37.50 53 119.73
3. İbrahimov Sadiq 42.60 60 119.06
Təkanla qaldırma
1. Həsənli İsa 49.90 90 154.46
2. Qasımov Rüstəm 50.90 90 151.86
3. Manafov Yaqub 63.50 105 149.31
Oturub-durma
1. Qasımov Rüstəm 50.90 120 202.48
2. Muxtarlı Novruz 49.10 107 186.23
3. Manafov Yaqub 63.50 130 184.86
Sinədən tədricən qaldırma
1. Şəmmədov Səbuhi 59.20 63 94.23
2. Qasımov Rüstəm 50.90 55 92.80
3. Cavadov Ömər 37.50 40 90.36
Yerdən dartma
1. Qasımov Rüstəm 50.90 121 204.16
2. Manafov Yaqub 63.50 140 199.09
3. Tağıyev Əvəz 38.70 90 196.70
2003-cü illər
  Birdən qaldırma      
1. Həsənov Fuad 35.40 48 115.40
2. Şükürzadə Elvin 36.10 45 105.89
3. Kərimov Sərdar 50.90 60 101.24
Təkanla qaldırma
1. Həsənov Fuad 35.40 65 156.27
2. Şükürzadə Elvin 36.10 56 131.78
3. Əliyev Murad 46.70 71 129.27
Oturub-durma
1. Həsənov Fuad 35.40 75 180.31
2. Şükürzadə Elvin 36.10 74 174.14
3. Əliyev Murad 46.70 95 172.91
Sinədən tədricən qaldırma
1. Həsənov Fuad 35.40 35 84.14
2. Hacalıyev Məhəmməd 48.50 43 75.66
3. Şükürzadə Elvin 36.10 30 70.60
Yerdən dartma
1. Həsənov Fuad 35.40 85 204.35
2. Şükürzadə Elvin 36.10 82 192.97
3. Həsənli Nihad 36.00 76 179.39

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz