5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş, uşaqlar arasında 7-ci “Zirvə Oyunları” davam edir. 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda növbə sərbəst güləşçilərə çatıb.
Açıq birincilikdə iki ölkədən – İran İslam Respublikası və Azərbaycandan olan toplam 11 komanda iştirak edib. Yüzdən çox yeniyetmə güləşçi medallar uğrunda mübarizəsi aralarında tanınmış güləş ustaları, sabiq çempionlar, mütəxəssislərin də olduğu izləyicilərin marağına səbəb olub. Hər görüş zamanı sona qədər əzmkarlıq, gözoxşayan texnika, müxtəlif fəndlər alqışlarla qarşılanıb. Öz çəki dərəcələrində rəqiblərindən üstün olan güləçilər fəxri kürsüyə qalxaraq medal və xatirə hədiyyələri ilə təltif olunublar.
“Zirvə” Beynəlxalq İdman Klublarının təşkilatçılığı ilə keçirilən bu Oyunları böyük ənənə halını almaqdadır. “Zirvə Oyunları”nın keçirilməsində məqsəd dahi liderin irsinin yaşadılması, onun ölkəmiz üçün etdiyi işlərin gələcək nəsillərə çatdırılması, eyni zamanda, idman növlərinin yerlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, yarış vərdişlərinin mükəmməlləşdirilməsi, məşqçi-müəllimlərin işlərinin qiymətləndirilməsidir.
“Zirvə Oyunları”nda idmançılar ağır atletika, atçılıq, atıcılıq, basketbol, boks, cüdo, futbol və çimərlik futbolu, bədii və idman gimnastikası, güləş (sərbəst, yunan-roma), karate, kartinq, kikboksinq, qılıncoynatma, kamandan oxatma, pauerliftinq, şahmat, taekvondo, tennis və stolüstü tennis, üzgüçülük, çimərlik voleybolu və voleybol, badminton, atletika növlərində medal mübarizəsinə qoşulacaqlar.
35 kq
1. Seyfullayev Rahib – AAAF-Zirvə
2. Heydərli Ülvi – ROİL Neftçi
3. İspərov Yusif –Lənkəran-Zirvə
3. Qədirli İzzət – Neftçi
38 kq
1. Ağayev Elman – Zirvə
2. Əhmədov Nurulla – Astara
3. Allahverdiyev Elxan – Lokomotiv
3. Əliyev Tamerlan – ROİL
41 kq
1. Abbaslı Namiq – AAAF-Zirvə
2. Məmmədli Nahid – Sumqayıt Olimp
3. Məmmədov Rüfət – Sumqayıt
3. İsgəndərov Azər – Sumqayıt
44 kq
1. Ağazadə Rövşən – Astara-Zirvə
2. Qocayev Yusif – AAAF-Zirvə
3. Əmirli Ramal – Neftçi
3. Yaqublu Məhəmmədrəhim – Sumqayıt Olimp
48 kq
1. Ağayev Musa – Astara-Zirvə
2. İsgəndərov Aslan – AAAF-Zirvə
3. Məmmədyarlı Murad – Abşeron
3. Məmmədli Fərid – Abşeron
52 kq
1. Nəsirov Səid – Sumqayıt Olimp
2. Qurbanov Amin – ROİL Neftçi
3. Bəyimov Emin – Abşeron
3. Əhmədov Səid – Abşeron
57 kq
1. Mirzəzadə Əli – Sumqayıt Olimp
2. Cəbiyev Elmin – Lokomotiv
3. Abdullazadə Kamran – ROİL Neftçi
3. Rüstəmov Röyal – Sumqayıt Olimp
62 kq
1. Ağayev Nurlan – Lokomotiv
2. Yusubov Ruslan – Sumqayıt
3. Babayev Namiq – Masallı
3. Mərdanov Elnur – Abşeron-Zirvə
68 kq
1. Şükürzadə Fərid – Sumqayıt
2. Məmmədov Səlim – Lokomotiv
3. Məmmədli Sahil – Abşeron-Zirvə
3. Quluzadə Nurlan – Abşeron-Zirvə
75 kq
1. Dərvişov Ceyhun – Sumqayıt Olimp
2. Hüseynov İsa – Lokomotiv
3. Muradov Murad – Abşeron-Zirvə
3. Əsədullayev Yədulla – Abşeron
KLUB SIRALAMASI
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions