AFFA bayrağı altında aşağı yaş qrupları üzrə futbol yarışları davam edir. “Zirvə”nin cənub və şimal-şərq regionlarında çıxış edən komandaları da növbəti turdakı oyunlarını keçiriblər.
Cənub zonasında U-10 “Zirvə” komandamız Masallının UGİM-i qarşılaşmada 3:4 hesabı ilə məğlub olub. U-13 “Zirvə” komandamiz isə güclü rəqib “Xəzər-Lənkəran”a 2:0 hesabı ilə qalib gələrək qrupdakı liderliyini qoruyub saxlayıb.
Digər regionda “Xırdalan-Zirvə” təmsilçiləri də meydana çıxıblar. U-10 liqasında “Zirvə” 3:5 hesabı ilə “Babək”ə, U-12 liqasında isə UGİM-2-yə 1:3 hesabı ilə uduzublar.