27-30 yanvar tarixlərində Bakı şəhəri “Şahmat-Dama Klubu”nda “Gənclər günü”nə həsr olunmuş yeniyetmələr arasında şahmat üzrə açıq şəhər birinciliyi keçirilib. Həmkarlar İttifaqı Respublika Şahmat Dama Klubunun təşkilatçılığı ilə keçirilən yarışda “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də iştirak ediblər. Turnirin sınaq yarışı olan 8 yaşadək şahmatçıların mübarizəsində iki “beyin usta”mız uğurlu çıxış edib.
İsveçrə sistemi ilə keçirilən, 9 turdan ibarət turnirdə Əli Əsədov oğlanların yarışında bürünc, Əsgərli Gülnur isə qızların yarışında gümüş medal qazanıb. Bununla yanaşı, tələbə olunan 4 xaldan daha çox toplayan şahmatçılarımız (Əli 5,5 xal; Gülnür 5 xal) V dərəcə normativini yerinə yetiriblər.
Gənc şahmatçılarımızı və onların məşqçilərini təbrik edir, minnətdarılığımızı bildiri, qarşıdakı yarışlarda da bizləri sevindirmələrini arzulayırq!