“Zirvə” “Speys radio”nun qonağı oldu

12227082_1648124948801126_4922738101706777113_n

104.0 FM tezliyində yayımlanan “Speys” radiosunda efirə gedən “İdmanda” verilişinin bu dəfəki mövzusu ağır atletika olub. Təcrübəli aparıcı Anar Nəbinin təqdimatında noyabrın 17-si, axşam saat 8-də qonaq qismində “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri olub. Klubumuzun direktor müavini Azad Mustafayev, mətbuat katibi Kənan Məstəliyev və atletimiz Orxan Əliquluzadə ağır atletikanın tarixi, bu günü, sabahı, perspektivləri, bu idman növünün müsbət tərəfləri haqda danışıb, dinləyicilərin sullarını cavablandırıblar. Verilişdə “Zirvə” BİK haqqında da geniş məlumat verilib, görülən işlər müzakirə olunub, atılan addımlar təqdir edilib. Çox maraqlı keçən 45 dəqiqə ərzində “İdmanda”nın qonağı olmaqla xoş anlar yaşadıq. Sonda xatirə şəkli çəkildi.

12227156_1648124938801127_2643314818596828987_n

SHARE
Şərh yaz