“Zirvə” yenə rəqib tanımadı!

rovshen fetullayev

Bu dəfə 16 medal qazandıq

Yeniyetmələr arasında Azərbaycan çempionatından sonra növbə böyüklərə çatdı. Gücünü həmişə göstərməyi bacaran “Zirvə” İdman Klubunun yetirmələri bu yarışda da möhtəşəm çıxış etdilər. Azərbaycanın ən böyük ağır atletika turnirində Azərbaycanın ən yaxşı klubunun biz olduğumuz bir daha sübut olundu.

Nəticə qazanmaq üçün hər cür şəraiti olan idmançılarımız, onlara göstərilən etimadı artıqlamasyıla doğruldurlar. Respublika çempionatında 16 medal qazanmaq heç də asan məsələ deyildir və bunun arxasında çəkilən əziyyət, göstərilən əzmkarlıq və mübarizlik durur.

Yeni istifadəyə verilən Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı qadınların yarışı ilə start götürdü. Təbii ki, burada “Zirvə”çilər fərqlənməliydi ki, belə də oldu.

9 medaldan 6-nı qazanan qızlarımız müqayisəsiz şəkildə çempion oldular. Digər 3 medalı isə legioner idmançılar əldə etdilər. Bu isə Azərbaycanın ən güclüsünün biz olduğuma işarədir.

Bu yarışda 3 qadın atlet müsabiqədənkənar çıxış etdi. Moldovalı Kristina Yovu, ukraynalı Kseniya Vişnitskaya və türkiyəli Eda Çakal milli komandaya yeni qoşulublar və yığmamızın məşqçiləri onları yarışda görmək imkanı qazandılar. Eda Çakal həm də “Zirvə” İdman Klubunun üzvüdür. Onun Azərbaycandakı ilk qeyri-rəsmi çempionatındakı çıxışı yaxşı alındı. Gənc qızımız göstərdi ki, böyük potensiala malikdir və həm klubumuz, həm də milli komandamız üçüb böyük uğurlar qazanacaqdır.

Kişilərdə də gücümüzü ortaya qoya bildik. 56 kq-da Rüstəm İmanzadə gələcəkdə böyük uğurlar qazanmaq potensialına malik olduğunu göstərdi. 62 kq-da yarışan hər iki idmançı “Zirvə”ni təmsil edirdi. 69 kq-da Valentin Xristovla mübarizə aparan təcrübəli Zülfüqar Süleymanov gümüş medal qazana bildi. Toplamda 297 kq (130 kq + 167 kq) nəticə göstərən atlet, hələ də qollarında təpər olduğunu nümayiş etdirə bildi. 77 kq-da gənc Elxan Əliquluzadənin çıxışı gözəl alındı. Gənc atlet son zamanlar xeyli artırıb və yavaş-yavaş zirvəyə doğru irəliləyir. Onun bunda sonar da uğurlu çıxış edəcəyinə inanırıq.

Yarışın ikinci günündə 4 çəkidə verilən 12 medaldan 5-i bizə qismət oldu. İdmançılarımız həm nəticə, həm də texnika baxımında rəqiblərinə üstünlük təşkil etməyi rahatlıqla bacardılar. Xüsusilə, 94 kq çəki dərəcəsində Rövşən Fətullayev  və Orxan Əliquluzadə rəqiblərini böyük üstünlüklə məğlub etdilər.

Beləliklə, Azərbaycan ağır atletikasının lideri olan “Zirvə” İdman Klubu, növbəti dəfə statusunu təsdiqlədi. Bu uğurda əməyi hər kəsə təşəkkür edir, qələbələrimizin davamının gəlməsini arzulayırıq!

SHARE
Şərh yaz