Fevralın 18-22-də İsmayıllı Şəhər Olimpiya-İdman Kompleksinin yarış zalında ağır atletika üzrə Yeniyetmələr X Respublika Oyunları keçirilib. Turnirdə Azərbaycanın bütün regionlarındakı məktəb və klublardan yüzdən çox idmançı iştirak edib. Həmişə olduğu kimi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri rəqiblərini aşkar üstələyiblər.
“Zirvəçilər” 13 çəki dərəcəsində ümumilikdə 11 medal – 7 qızıl və 4 gümüş medal əldə ediblər. Bu nəticə ilə komandamız mütləq qalib adını qazanıb.
Yeniyetmə atletlərimizin bu çıxışı sevindiricidir. “Zirvə” olaraq gənc nəslin sağlam həyat tərzi ilə böyüməsi, ölkəmizə layiqli vətəndaş kimi yetişməsi, gələcəkdə daha böyük qələbələr qazanması yolunda gördüyümüz işlərin belə effekt verməsindən çox şadıq.
Bu qələbə münasibətilə həm idmançılar, həm də məşqçilər heyətini təbrik edir, uğurlar arzulayırıq!