“Zirvə” zirvədə!

İdmançılarımız Azərbaycan birinciliyində medal qoymadı

23-25 fevral tarixlərində Sumqayıt Şəhər Olimpiya İdman Kompleksində yeniyetmə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyi keçirildi. Ölkənin müxtəlif bölgələrindən gələn yüzdən çox idmançı medallar uğrunda mübarizəyə qoşuldular. 9 çəki dərəcəsində 27 nəfər fəxri kürsüyə çıxaraq mükafatlarını aldı.

Bu yarışda “Zirvə” İdman Klubunun atletlərinin çıxışını xüsusi qeyd etmək lazımdır. Çünki klubumuzun üzvləri birincilikdə əsl birinci oldular. 27 medaldan 15-ni “Zirvə” İK-nın idmançıları qazandılar. Bununla yanaşı, 9 qızıl medaldan 6-sı da bizim idmançılara qismət oldu. 50 və 69 kq çəki dərəcələrində fəxri kürsüdəki hər 3 idmançı “Zirvə”ni təmsil edirdi. Bir sözlə, digər komandaları xeyli geridə qoyaraq gözəl qələbə qazandıq.

Bu möhtəşəm nəticə ilə əlaqədar olaraq hamınızı təbrik edir, qələbə uğrunda mübarizə apararaq uğur qazanan idmançılarımıza, onların məşqçilərinə və klub rəhbərliyinə təşəkkür edirik. Ümid edirik ki, bu qələbələrin davamı daha böyük yarışlarda gələcək və “Zirvə”nin adı daha yüksəklərdən eşidiləcəkdir.

SHARE
Şərh yaz